BURADA REKLAMINIZ OLA
BİLƏR

44 günlük müharibədə ölən 80-dən çox erməni hərbçinin cənazəsini ailələri qəbul etməyib

Ermənistanda 44 günlük müharibədə ölən və valideynləri tərəfindən cənazəsi qəbul edilməyən hərbçilər Yerablur hərbi qəbirstanlığında basdırılacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə müdafiə nazirinin müşaviri Vardan Avetisyan deyib.

 

O, ölkənin müxtəlif morqlarında saxlanılan və kimliyi ailələri tərəfindən qəbul edilməyən 80-dən çox hərbçinin hərbi qəbirstanlıqda xüsusi ayrılmış guşədə dəfn ediləcəyini deyib.

 

Prosesin 3 ay çəkəcəyi vurğulanıb.

 

APA

Tarix: 7 Fevral 2023, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin