BURADA REKLAMINIZ OLA
BİLƏR

““Charlie Hebdo”nun əxlaqsızcasına bu faciəyə yanaşması bir daha göstərir ki, Fransa heç vaxt mədəni bir ölkə olması ilə öyünə bilməz…” - RƏY

Türkiyənin Kahramanmaraş şəhərində 7,7-7,6 bal gücündə ard-arda baş verən zəlzələlərdən sonra dünyanın hər yerindən başsağlığı və dəstək mesajları gəldi. Müsəlmanların inanclarını təhqir edən karikaturaları ilə məşhur Fransanın “Charlie Hebdo” jurnalı isə bu dəfə də təxribatından əl çəkmədi. Belə ki, jurnal Kahramanmaraş zəlzələsini ələ salaraq dağılmış binaları təsvir edərək “Türkiyə zəlzələsi - tank göndərməyə belə ehtiyac yoxdur” başlığını yazdı. Bədnam karikatura jurnalın “Twitter” hesabında da paylaşıldı, sosial şəbəkə istifadəçilərinin ciddi tənqid və etirazlarına səbəb oldu.

 

Politoloq Qabil Hüseynli Pravda.az-a açıqlamasında “Charlie Hebdo” jurnalının bu addımını qəti şəkildə pisləyib.

Q.Hüseynli deyib ki, “Charlie Hebdo” özünün qatı millətçilik duyğularını, İslam dini əleyhinə, İslamofob hərəkətlərini dəfələrlə büruzə verib: “Fransanın bu jurnalı İslamın sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin də bir neçə dəfə karikaturasını çəkib, müsəlmanofobiyanın yayılması istiqamətində ardıcıl addımlar atıb. Bu, bəşəri duyğulardan, dəyərlərdən uzaq, insanlığa, insanlıq normalarına yaraşmayan hərəkətdir. İndi isə “Charlie Hebdo” Türkiyədə baş verən və az qala bütün dünyanın faciəsinə çevrilən zəlzələ ilə bağlı belə anti-bəşəri yanaşma sərgilədi və bununla bir daha insanlıq dəyərlərindən nə qədər uzaq olduğunu sübut etdi. Bu, həm də özünü həmişə müasir mədəniyyətin təmsilçisi kimi göstərən Fransa xalqının milli şüurunda, yaddaşında nə qədər əxlaqa zidd dəyərlərin yer aldığını təsdiq edir. Türkiyənin böyük faciəsinə hamının şərik olduğu bir vaxtda “Charlie Hebdo”nun həqarətlə, əxlaqsızcasına bu faciəyə yanaşması bir daha göstərir ki, Fransa heç vaxt özünün mədəni bir ölkə olması ilə öyünə bilməz. Fransa dünya sivilizasiyalararası münasibətlərdə nə qədər ayırıcı bir rol oynadığını etiraf etməli, bu cür hərəkətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməlidir. Bütün dünya bu karikaturanı pisləyir. Bir ölkədə ən azı 6 min ev dağıldığı, 15 milyondan artıq insan evsiz-eşiksiz qaldığı, yeni zəlzələ qorxusundan küçələrdə, müvəqqəti sığınacaqlarda soyuq hava şəraitində yaşamağa məcbur olduğu bir vaxtda nə qədər vicdansız olmaq, alçaq duyğularla yaşamaq lazımdır ki, buna karikatura həsr edəsən, insanların mənliyinə toxunan fikirlər səsləndirəsən. “Ayıb olsun” demək azdır. Bunları “rasistlər”, “sivilizasiya düşmənləri”, “insanlararası, dinlərarası ziddiyyətləri dərinləşdirmək istəyən təxribatçılar” kimi damğalamaq lazımdır”.

 

Aytəkin Qardaşova

Tarix: 7 Fevral 2023, 18:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin