BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir qadını sağ çıxarıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

 

Pravda.az-ın xəbərinə görə, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qalmış orta yaşlı qadını sağ çıxarıb.

 

Daha sonra o, aidiyyəti üzrə təhvil verilib.

 

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirilir.

 

Qeyd edək ki, gün ərzində Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından ümumilikdə 7 nəfərin meyiti və bir neçə şəxs sağ çıxarılıb.

 

Report

Tarix: 7 Fevral 2023, 18:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin