BURADA REKLAMINIZ OLA
BİLƏR

Leyla Abdullayeva Türkiyənin Fransadakı səfiri ilə görüşdü

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb, zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı verib.

 

Pravda.az xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib.

 

“Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarlar ilə birgə Türkiyə Səfirliyini ziyarət etdik, Səfir Əli Onanerlə səmimi fikir mübadiləsi apardıq", - paylaşımda deyilir.

 

Tarix: 7 Fevral 2023, 21:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin