BURADA REKLAMINIZ OLA
BİLƏR

Qətl törədən rəssamdan xəbər var

Zaqatalada qətl törətməkdə təqsirləndirilən Qriqoriy Burqandinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə rayonun Fındıqlı kənd inzibati ərazisində, Fındıqlı kənd sakini 70 yaşlı Qriqoriy Burqandinova məxsus fındıq bağında baş verib. Qriqoriy Burqandinovla Zaqatala şəhər sakini 52 yaşlı Elxan Xəlilov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Qriqoriy Burqandinov əlində olan spirtli içki şüşəsi ilə Elxan Xəlilovun baş nahiyəsindən zərbə endirib. Hadisə nəticəsində ağır xəsarət alan Elxan Xəlilov hadisə yerində ölüb. Qriqoriy Burqandinov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. İsti izlərlə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Xəlilovu öldürməkdə şübhəli sayılan Qriqoriy Burqandinov tutularaq istintaqa cəlb edilib.

 

Məlumata görə, qətlə yetirilən Elxan Xəlilov Qriqoriy Burqandinovun fındıq bağının yaxınlığında olan başqa bir bağda gözətçi işləyirmiş.

 

Qətli törətməkdə şübhəli sayılan Qriqoriy Burqandinov kənddə hamı tərəfindən sevilən insan olub, kəndin xeyrində-şərində, ictimai işlərində yaxından iştirak edib. O, həm də rəssamlıq sənəti ilə məşğul olub.

 

Kamal Məmmədov

Tarix: 8 Fevral 2023, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin