BURADA REKLAMINIZ OLA
BİLƏR

Adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edildi

Bakıda adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib.

 

Bu barədə Binəqədi rayon prokurorluğundan məlumat verilib.

 

8 fevral 2023-cü il tarixdə saat 2 radələrində 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Elşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Binəqədi rayon prokurorluğunda CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Elşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

Tarix: 8 Fevral 2023, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin