BURADA REKLAMINIZ OLA
BİLƏR

Donuz alverçisinə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəzərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Samir Nəzərov zərərçəkmişlərin etibarlı münasibətdən sui-istifadə edərək 2019-cu ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində Göygöl rayonu ərazisində 3 nəfəri aldadaraq donuz və mal-qara alveri ilə məşğul olmaq adı ilə onlara qarşı dələduzluq edib.

 

O, həmin şəxslərin ümumilikdə 95 600 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Daha sonra zərərçəkmişlərin şikayəti əsasında Samir Nəzərov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 8 Fevral 2023, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin