BURADA REKLAMINIZ OLA
BİLƏR

Kirayədə qaldığı evdə qonaq çağırdığı şəxsin pulunu oğurlayana elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Sənan Habilovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Sənan Habilov maşın təmiri sexində bir yerdə işlədiyi Şamil Həsənovu (şərti) kirayədə qaldığı mənzilə qonaq çağırıb. Daha sonra təqsirləndirilən şəxs qonağının bloka çıxmasından istifadə edərək onun paltosunun iç cibindən 30 manat dəyərində pul qabısını və içərisində olan 994 manat nəğd pulu, ümumilikdə 1 024 manat dəyərində əmlakını gizli olaraq talayıb.

 

Zərərçəkmiş şikayəti əsasında saxlanılan Sənan Habilovun barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib.

 

İstintaq dövründə o, tanışına dəymiş ziyanın bir qisimini ödəyib.

 

Kamal Məmmədov

Tarix: 8 Fevral 2023, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin