BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadın dəm qazından zəhərlənərək öldü

Bakıda qadın dəm qazından zəhərlənərək ölüb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Rəhimova Məlahət Babacan qızı 29.01.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qonşuları tərəfindən dəm qazından zəhərlənmiş vəziyyətdə aşkar edilərək "Kliniki Tibbi Mərkəz" PHŞ-in Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin qadın aldığı müalicəyə baxmayaraq, 07.02.2023-cü il tarixdə həmin tibb müəssisəsində ölüb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

 

Kamal Məmmədov

Tarix: 8 Fevral 2023, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin