BURADA REKLAMINIZ OLA
BİLƏR

Şeyx İrandakı nümayəndəsini “Təzə Pir”ə rəis təyin etdi - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə "Təzə Pir” məscid kompleksinə rəis təyin edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QMİ-nin İrandakı nümayəndəsi Hacı Şamil Rəsulov "Təzə Pir” məscid kompleksinin rəisi təyin olunub.

 

Qeyd edək ki, Şamil Rəsulov 2014-cü ildə QMİ Qazılar Şurasının üzvü, Fətva şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq, idarənin İranda nümayəndəsi təyin olunmuşdu.

 

Xatırladaq ki, "Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev 08.11.2022-ci ildə 65 yaşında dünyasını dəyişib.

Fotoları təqdim edirik
Tarix: 8 Fevral 2023, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin