BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə zəruri tibb ləvazimatları göndərdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

 

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Zəlzələ nəticəsində xəsarət alanlara dəstək olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsinin ehtiyatından qardaş ölkəyə zəruri tibbi ləvazimatların göndərilməsi həyata keçirilib.

 

Tibb İdarəsinin rəhbər heyətinin iştirakı ilə qan əvəzediciləri, antibiotiklər, sarğı və tikiş materialları, dezinfeksiya edicilər, eləcə də digər məsrəf tibbi əmlakdan ibarət, ümumilikdə 15 tonluq yük nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən qardaş ölkəyə yardım məqsədilə Azərbaycan Ordusunun bir qrup tibb personalı Kahramanmaraşda zəlzələ nəticəsində xəsarət alanlara səhra hospitalında tibbi xidmət göstərirlər.

Tarix: 9 Fevral 2023, 19:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin