BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçın-Xankəndi yolundakı aksiya 65 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

 

Aksiya gecə boyu davam edib.

 

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

 

Ekofəallar aksiyanın 65-ci günündə havanın şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər. Hazırda havanın tempraturu -10 dərəcədir.

 

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb./APA

Tarix: 14 Fevral 2023, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin