BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" "Gent"i məğlub etdi

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirib.

 

Ağdam klubu Belçikanın “Gent” klubunu qəbul edib.

 

Oyunun ilk hissəsi qolsuz başa çatıb.

 

İkinci hissədə hücumlarının kəsərini artıra “köhlən atlar” 52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi qazanıb.

 

Lakin hücumçu Ramil Şeydayev bu imkandan yararlana bilməyib.

 

Buna baxmayaraq, Ağdam klubu hesabı açmağı bacarıb.

 

Matçın 78-ci dəqiqəsində yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib – 1:0.

 

Beləlikə oyun minimal hesabla Azərbaycan təmsilçisinin xeyirinə başa çatıb.

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.

 

Konfrans Liqası

Pley-off mərhələsi

İlk oyun

16 fevral

21:45. “Qarabağ” (Azərbaycan) – “Gent” (Belçika) - 1:0

Qol: Andradi, 78

Qolla nəticələnməyən penalti: Ramil Şeydayev, 52

 

Baş hakim: Məhəmməd Əl-Hakim (İsveç)

 

"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Juliu Romau, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdellah Zübeyr, 13. Bəhlul Mustafazadə, 15. Leandru Andradi, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədəvi Hüseynov, 77. Ramil Şeydayev

 

Ehtiyar oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Rişard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

 

"Gent": 33. Deyvi Ruf, 2. Cozef Okumu, 5. Maykl Nqadeu-Nqadcui, 7. Honq Hyun-seok, 11. Huqo Kuypers, 13. Jülyen De Sart, 14. Alesio Kastro-Mont, 20. Cift Orban, 23. Cordan Torunariqa, 24. Sven Kums, 31. Bruno Qodö

 

Ehtiyat oyunçular: 1. Pol Nardi, 10. Yens Peter Hoqe, 17. Endryu Yuseya, 19. Malik Fofana, 22. Suleyman Mare, 25. Nuriu Fortuna, 29. Loran Depuatr

 

Baş məşqçi: Hein Vanhazebruk

 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu/Apasport

Tarix: 16 Fevral 2023, 23:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin