BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa Liqası: İki oyunda heç-heçə, "Şaxtyor" və "Zaltsburq" qələbə qazanıb

UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.

 

Bu raundun ən diqqətçəkən cütlüyündə "Barselona" İspaniyada İngiltərə "Mançester Yunayted"i ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Ukraynanın "Şaxtyor" (Donetsk) komandası isə Polşada Fransa "Renn"inə qalib gəlib - 2:1.

 

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyunlar

16 fevral

 

21:45. “Ayaks” (Niderland) – “Union” (Berlin, Almaniya) - 0:0

 

21:45. “Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 2:2

Qollar: Markos Alonso, 51. Robert Levandovski, 76 - Markus Reşford, 53. Jül Kunde, 59 (avtoqol)

 

21:45. “Zaltsburq” (Avstriya) – “Roma” (İtaliya) - 1:0

Qol: Nikolas Kapaldo, 88

 

21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Renn” (Fransa) - 2:1

Qollar: Dmitri Krıskiv, 11. Artyom Bondarenko, 45+1 (penalti) - Karl Toko Ekambi, 59

 

00:00. “Bayer” (Leverkuzen, Almaniya) – “Monako” (Fransa)

 

00:00. “Yuventus” (İtaliya) – “Nant” (Fransa)

 

00:00. “Sevilya” (İspaniya) – PSV (Niderland)

 

00:00. “Sportinq” (Portuqaliya) – “Midtüllan” (Danimarka)

 

Qeyd edək ki, digər pley-offun digər oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq./Report

Tarix: 17 Fevral 2023, 00:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin