BURADA REKLAMINIZ OLA
BİLƏR

Radomir Antiç öldü

İspaniyanın “Atletiko”, “Real” və “Barselona” klublarının sabiq baş məşqçisi Radomir Antiç ölüb.

 

Pravda.az-ın xəbərinə görə, serbiyalı mütəxəssis 72 yaşında vəfat edib.

 

Futbolçu kimi Yuqoslaviyada milli komanda, həmçinin “Sloboda” və “Partizan”da çıxış etmiş Antiç Türkiyədə “Fənərbaxça”, İspaniyada “Saraqosa”, İngiltərədə “Luton” klubunda legioner həyatı yaşayıb. Məşqçi karyerasına “Partizan”da köməkçi kimi başlayan mütəxəssis “Saraqosa”, “Real”, “Ovyedo”, “Atletiko”, “Barselona” və “Selta”ya rəhbərlik edib. 2008-10-cu illərdə Serbiya yığmasını çalışdıran Antiçin son iş yeri 2012-13-cü illərdə işlədiyi Çinin “Şandun Lunen” klubu olub.

 

Qeyd edək ki, serbiyalı 1995/96 mövsümündə “Atletiko” ilə İspaniya çempionu və kubokunun qalibi olub.Apasport

Tarix: 6 Aprel 2020, 22:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin