BURADA REKLAMINIZ OLA
BİLƏR

"Real Madrid" "Liverpul"a, "Napoli" "Ayntraxt"a qalib gəlib

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

 

Hər iki görüşdə qonaqlar qələbə qazanıblar.

 

Gecənin ən prinsipial matçı İngiltərədə "Liverpul"la İspaniya "Real Madrid"i arasında baş tutub. "Kral klubu" çətin səfərdə rəqibini 5:2 hesabı ilə məğlub edib.

 

Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya "Napoli"si Almaniyada "Ayntraxt"ın qapısından 2 cavabsız top keçirib. 36-cı dəqiqədə Neapol təmsilçisindən Xviça Kvaratsxeliya penaltini dəqiq yerinə yetirə bilməyib. 58-ci dəqiqədə isə meydan sahiblərindən Rendal Kolo-Muani qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

 

00:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:5

Qollar: Darvin Nunyes, 4. Məhəmməd Salah, 14 - Vinisius Junior, 21; 36. Eder Militau, 47. Kərim Benzema, 55; 67

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Liverpul, "Enfild" stadionu

 

00:00. "Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya) - 0:2

Qollar: Viktor Osimhen, 40. Covanni di Lorentso, 65

İstifadə edilməyən penalti: Xviça Kvaratsxeliya, 36 ("Napoli")

Qırmızı vərəqə: Rendal Kolo-Muani, 58 ("Ayntraxt")

Baş hakim: Artur Diaş (Portuqaliya)

Frankfurt, "Frankfurt" stadionu.

 

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransa PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib./Report

Tarix: 22 Fevral 2023, 02:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin