BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: İki-üç ilə müəllimlərin orta aylıq maaşı 1000 manatdan yuxarı olacaq

Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfə artıb.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.

 

O bildirib ki, sonuncu artımla müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb: "İki-üç ildən sonra müəllimlərin orta aylıq maaşının 1000 manatdan yuxarı olacağını gözləyirik. Hazırda 4 müəllimdən birinin maaşı 1000 manatdan artıqdır".

 

Qeyd edək ki, fevralın birindən diaqnostikası aparılan müəllimlərin maaşı 10 faiz artıb./APA

Tarix: 27 Fevral 2023, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin