BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu peşə sahibləri işsiz qala bilərlər - SİYAHI

Turist bələdçiləri, fitness təlimçiləri, pilotlar, kiçik ofis menecerləri və İT sənayesinin nümayəndələri koronavirus pandemiyası bitdikdən sonra işsiz qala bilərlər.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Proqressiv Təhsil İnstitutu dünya ölkələrində mövcud vəziyyətlə bağlı tədqiqat aparıb.

 

İlk olaraq risk qrupuna səyahət agentləri və bələdçilər daxildir. Çünki pandemiya sona çatdıqdan sonra insanlar heç də tez bir zamanda səyahət etmək fikrində olmayacaqlar. Sərnişin daşımalarında böyük itkilər səbəbindən hava yolları işçiləri də təhlükəli vəziyyətlə üz-üzədir.

 

Karantin rejimi ləğv edildikdən sonra fitness mərkəzləri də bütün müştərilərini salonlara qaytara bilməyəcək. Nəticədə bəzi gənclərin, təcrübəsi az olan müəllimlərin işsiz qalma təhlükəsi yaranıb.

 

Təcrid ilə sürətləndirilən iş proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması ixtisaslaşmış şöbələrin kiçik işçilərinin, kiçik analitiklərin, əczaçıların, rieltorların, hüquq məsləhətçilərinin, bank müdirlərinin, müəllim və tərbiyəçilərin, tərcüməçilərin, çap şirkətinin işçilərinin, İT nümayəndələrinin və bəzi müdirlərin işdən çıxarılması riskinə səbəb olacaq.Baku.ws

Tarix: 8 Aprel 2020, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin