BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid Eşqin Hüseynovun dəfn olunacağı yer açıqlandı

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunun Hunanlar kənd sakini olub.

 

Onun sabah dünyaya göz açdığı Hunanlar kəndində dəfn olunacağı bildirilir.

 

Eşqin Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir və Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini davam etdirir./Report

Tarix: 5 Mart 2023, 22:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin