BURADA REKLAMINIZ OLA
BİLƏR

Qocalar evində yanğın olub, 4 nəfər ölüb

Moskvada qocalar evində baş vermiş yanğın nəticəsində xəsarət alanlardan ikisi xəstəxanada keçinib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə tibb müəssisəsindəki mənbə məlumat çatdırıb.

 

“Xəsarət alanlardan ikisi xəstəxanada ölüb. Belə olan halda, hadisə nəticəsində ölənlərin sayı dördə çatıb”, - deyə mənbə agentliyə bildirib.

 

Qeyd edək ki, Moskvanın 3-cü Mayakininskaya küçəsində yerləşən “Üçüncü yaş həddi” adlı qocalar evində baş vermiş yanğın 300 kv/m sahəni əhatə edib.APA

Tarix: 9 Aprel 2020, 07:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin