BURADA REKLAMINIZ OLA
BİLƏR

COVID-19-la mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıldı

Avropa İttifaqı koronavirus pandemiyası ilə mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Şərq qonşuluğu departamentinin direktoru Laurens Meredit "Twitter" hesabındakı paylaşımında məlumat verib.

 

Bildirib ki, ittifaq “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə yeni növ koronavirus pandemiyası ilə mübarizə üçün təcili olaraq 80 milyon, qısamüddətli dəstək üçün 883 milyon avro vəsait ayıracaq. Ayrılan vəsaitdən Gürcüstan 183 milyon, Belarus 60 milyon, Moldova 87 milyon, Ukrayna 190 milyon avro, Ermənistan 92 milyon avro əldə edəcək.APA

Tarix: 9 Aprel 2020, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin