BURADA REKLAMINIZ OLA
BİLƏR

"İnvestAz Asset Management"in lisenziyasının müddəti başa çatıb

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya fondunun idarə edilməsi ilə məşğul olan "İnvestAz Asset Management" MMC-nin lisenziyasını ləğv edib.

 

Məlumata görə, bununla da, ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı 1-ə düşüb. Hazırda bu sahə üzrə yalnız "AzFinance Asset Management" MMC lisenziyaya malikdir.

 

Xatırladaq ki, “İnvestAz Asset Management"i 2013-cü ildə "İnvest-Az İnvestisiya Şirkəti" QSC yaradıb. Onun nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Şəhriyar Ağazeynal oğlu Qurbanzadədir. O, həm də təsisçi investisiya şirkətinin qanuni təmsilçisidir.

 

***

 

Məsələ ilə bağlı "İnvest-Az İnvestisiya Şirkəti"ndən bildirilib ki, "İnvestAZ Asset Management" 27 avqust 2013-cü ildə o vaxtkı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən qiymətli kağızlar bazarında aktivlərin idarə olunması üzrə 5 illik lisenziya alıb, lakin bu lisenziya ilə bağlı heç bir fəaliyyəti olmayıb. Lisenziyanın müddəti 2018-ci ildə başa çatıb. Şirkət fəaliyyətini dondurduğu üçün yenidən lisenziya üçün müraciət etməyib, bununla belə, "İnvestisiya fondları haqqında" qanuna cari ildə ediləcək təkmilləşdirmə üzrə dəyişiklikdən sonra şirkət yenidən lisenziya üçün müraciət etməyi planlaşdırır. "İnvestAZ İnvestisiya Şirkəti" isə ayrı hüquqi şəxsdir və investisiya xidmətləri üzrə müddətsiz lisenziyaya malikdir.

Tarix: 13 Mart 2023, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin