BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərdə daha 45,5 kv/km sahə “AzerGold”un ixtiyarına veriləcək

2023-cü il ərzində geoloji işlərin davam etdirilməsi üçün Kəlbəcərdə daha 45,5 kvadrat kilometr sahə ANAMA tərəfindən minalardan təmizlənərək, çöl tədqiqatlarının davam etdirilməsi üçün “AzerGold” QSC-nin geoloji heyətinin ixtiyarına veriləcək.

 

“AzerGold” QSC-nin yaydığı məlumata görə, qurum torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir.

 

“Buna görə də, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1624 kvadrat kilometr sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri həyata keçirilib və bu proses cari il ərzində də davam etdirilir”, - deyə məlumatda bildirilir.

Tarix: 13 Mart 2023, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin