BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat aztəminatlı 200 ailəyə ərzaq və gigiyenik məhsullar payladı - “Bu, son hədəf deyil”

Milli Məclisin deputatı Elnur Allahverdiyev aztəminatlı 200 ailəyə ərzaq və gigiyenik məhsullar paylayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə E.Allahverdiyev özü məlumat verib.

 

“Bu gün deputatı olduğum 17 saylı Yasamal üçüncü seçki dairəsinin ərazisində yaşlı və aztəminatlı sakinlərə növbəti ərzaq və gigiyenik məhsulların paylanılması aksiyasını başa çatdırdıq. Qarşımıza qoyduğumuz məqsədə uyğun olaraq 6, 7, 8 və 9 aprel tarixlərində 200 ünvanda olduq. Hədəfimizə çatdıq! Ancaq bu, bizim nə ilk, nə də son hədəfimizdir. Çünki biz birlikdə güclüyük! Könüllülərimizə göstərdikləri köməyə görə sakinlərimizə minnətdarıq. Həmrəy olaq, güclü olaq!” – deputat qeyd edib.

Tarix: 9 Aprel 2020, 19:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin