BURADA REKLAMINIZ OLA
BİLƏR

Faiz borcları üçün 1 il güzəşt veriləcək

“FED 2.5 trln. dollarlıq dəstək paketinin ardınca ABŞ iqtisadiyyatının xilası üçün əlavə 2.3 trln. USD növbəti tranş paketi də açıqladı. "Main Street" Borc Fondu adlanan xətt vasitəsilə orta ölçülü biznes 600 mlrd. USD dəstək alacaq. Bu xəttlə kredit alan müəssisələrə əsas borcu geri ödəmək üçün 4 il, faiz borcları üçün 1 il güzəşt veriləcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev deyib.

 

R.Ağayev bildirib ki, kredit banklar vasitəsilə bölüşdürüləcək və həmin vəsaitin 5%-i banklara çatacaq, bu yolla banklar da böhran şəratində dəstəklənmiş olacaqlar: “FED-in bu dəstək paketinin əhəmiyyətli hissəsi korporativ istiqarazların alınması ilə bağlı olacaq - həm də təkcə inevestisiya reytinqli deyil, yüksək riskli qeyri-investisiya reytinqli kağızlar da FED-in balansına götürüləcək. Çünki belə böhran şəraitində xüsusilə də ağır maliyyə duruminda olan yüksək riskli kağızların emitentlərinin borc öhdəliklərini yerinə yetirə bilməməsi kütləvi defoltlarla iqtisadi çöküşü sürətləndirə bilər. Pauell deyib ki, hər kəs arxayın olsun - hamıya pul çatacaq. İqtisadiyyatın nə qədər paraya ehtiyacı varsa, o qədər də para alacaq”.

Tarix: 9 Aprel 2020, 23:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin