BURADA REKLAMINIZ OLA
BİLƏR

Marketə silahlı basqın edən şəxsdən xəbər var

Bakıda marketə silahlı basqın etməkdə təqsirləndirilən Sübhan Quliyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən ilin dekabrında Nizami rayonu Qara Qarayev prospektində baş verib. Naməlum şəxs marketdə satıcını bıçaqla hədələyərək 300 manat pulu quldurluq yolu ilə ələ keçirib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Sübhan Quliyev saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 18 Mart 2023, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin