BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azəriqaz”ın Ucar xidmətinin 25 əməkdaşı işə çıxmaqdan imtina edib

“Azəriqaz”ın Ağsu Regional Qaz İdarəsinin Ucar rayon qaz xidmət sahəsinin 25 nəfərlik kollektivi tətil elan edib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı onlar sosial şəbəkədə paylaşım ediblər.

 

Xidmətin əməkdaşı Məmmədov İlkin Vidadi oğlu bildirib ki, Ağsu Regional Qaz İdarəsində Baş mühəndis Zaur Məmmədov tərəfindən təhqirə məruz qalıb və işdən azad edilib.

 

Buna etiraz edən Ağsu Regional Qaz İdarəsinin əməkdaşları işə çıxmaqdan imtina ediblər.

 

Onlar “Azəriqaz”ın rəhbəri Ruslan Əliyevə müraciət edərək məsələnin araşdırılmasını tələb ediblər.

 

Azpost.info

Tarix: 18 Mart 2023, 14:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin