BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmisi oğluna görə adam bıçaqlayan şəxsin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Ramiz Hacıyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.

 

Qeyd: Hadisə ötən ilin avqustun 28-də, rayonun Qala qəsəbəsi, Döngə 1 ünvanında baş verib.

 

Ramiz Hacıyev Mahmudlunun uca səslə danışması ilə əlaqədar və onun əmisi oğlunu döydüyünə görə mübahisə edib. Yaranmış mübahisə zamanı ov bıçağı ilə Əlizamina bir dəfə vurub.

 

İstintaq orqanı tərəfindən Ramizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramiz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, hadisə baş verən gün onun əmisi oğlu ilə Əlizamin dalaşıb: “Mən də davaya qoşularaq Əlizamin ilə dalaşdım. Onu əmim oğlunu döydüyünə görə bıçaqladım”.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz Hacıyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 19 Mart 2023, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin