BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yuventus” səfərdə “İnter”i məğlub etdi - VİDEO

 İtaliya A Seriyasında XXVII turun oyunları keçirilib.

 

Bağlanış matçında “İnter” və “Yuventus” birincilərin meydanında üz-üzə gəliblər. İtaliya derbisi Turin klubunun qələbəsi ilə başa çatıb - 1:0.

 

Yeganə qolu 23-cü dəqiqədə Filip Kostiç vurub.

 

Qələbə sayəsində xalını 41-ə çatdıran “Yuventus” 7-ci pillədədir. Maliyyə maxinasiyalarına görə Turin klubunun aktivindən 15 xal silinib. “İnter” isə 50 xalla 3-cü pillədədir.

 

Tarix: 20 Mart 2023, 02:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin