BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisad Universitetində dekan müavini... - Türkiyədə prezidentliyə namizəd olan azərbaycanlı kimdir? - FOTO

Türkiyədə namizədlərin qeydə alınması prosesinə start verilib.

 

Artıq müraciət edənlər var

 

Növbəti 5 ildə Türkiyəni idarə etmək iddiasında olanlardan biri də azərbaycanlıdır. Belə ki, “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan bu gün Ali Seçki Komissiyasına prezidentliyə namizədliyinin qeydə alınması ilə bağlı rəsmi müraciət edib.

 

Xatırladaq ki, sabiq millət vəkili Sinan Oğan Azərbaycan kökənlidir. O, 1967-ci ildə Naxçıvanla sərhəddə yerləşən İğdır bölgəsində anadan olub.

 

Sinan Oğan bir neçə il Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsindən çalışıb.

 

Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-də keçiriləcək.

 

Sfera.az

Fotoları təqdim edirik
Tarix: 20 Mart 2023, 22:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin