BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevlax sakininin meyiti Gədəbəydə aşkarlandı

Gədəbəy rayonunun Slavyanka kəndində 38 yaşlı kişinin meyiti aşkarlanıb.


Məlumata görə, Yevlax rayon Aran qəsəbə sakini, 1985-ci il təvəllüdlü Nahid Mətləb oğlu Həsənovun meyiti Gədəbəy rayon sakininə məxsus evin həyətində aşkarlanıb.


O, məsələ ilə bağlı polisə məlumat verib və əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Araşdırma zamanı həmin şəxsin naməlum şəraitdə öldüyü məlum olub. N.Həsənovun meyiti tibbi ekspertizaya təhvil verilib.


Qeyd edək ki, meyiti aşkarlanan şəxsin Gədəbəydə gün ərzində muzdlu işlə məşğul olduğu, gecələr isə müxtəlif yerlərdə gecələdiyi bildirilir.


Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.


Report 

Tarix: 21 Mart 2023, 20:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin