BURADA REKLAMINIZ OLA
BİLƏR

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı açıqlandı

Əfqanıstanda çərşənbə axşamı günü axşam saatlarında qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində azı 9 nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər ölüb.

 

Bu barədə çərşənbə günü "News" qəzeti Hayber-Paxtunxva vilayətinin Fəlakətlərin İdarə Edilməsi İdarəsinin yenilənmiş məlumatlarına istinadən məlumat yayıb.

 

İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfər olub, daha 44 nəfər yaralanıb.

 

Çərşənbə axşamı səhər “Dawn” qəzeti Hayber-Paxtunxvada dam və divarların uçması nəticəsində iki nəfərin öldüyünü, altı nəfərin yaralandığını bildirib. Öz növbəsində, “Reuters” Pakistan polisinə istinadən xəbər verib ki, Svat rayonundakı bu ərazidə 150-yə yaxın adam yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

Qeyd edək ki, dünən Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub. Zəlzələ Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

 

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

 

Report

Tarix: 22 Mart 2023, 07:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin