BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaşinqton Suriya ilə münasibətlərin normallaşmasını istisna etdi

Rəsmi Dəməşq ərəb dövlətləri ilə münasibətləri normallaşdırmağa başladığı vaxtda Vaşinqton bu ölkə ilə münasibətləri bərpa etməyəcəyini bir daha xatırladıb.

 

Bu barədə bəyanatı ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel səsləndirib.

 

“Suriya münaqişəsinin siyasi həllində irəliləyiş əldə edilmədiyi müddətdə biz nə Dəməşqlə münasibətləri normallaşdıracağıq, nə də bunu edənləri dəstəkləyəcəyik” – Patel bildirib.

 

Qeyd edək ki, son bir neçə həftədə Suriya prezidenti Bəşər Əsəd 3 ölkəyə Rusiya, Oman və BƏƏ-yə səfər edib. Hazırda Suriyanın təkrarən Ərəb Dövlətləri Liqasına qaytarılması müzakirə olunur. Suriya təşkilatdan 2011-ci ilin dekabrında xaric edilmişdi.

 

APA

Tarix: 22 Mart 2023, 07:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin