BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaçmaz sakininin əl-qolunu bağlayıb, fotolarını çəkib şantaj ediblər

Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5000 manat pul tələb etməsini və 3500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib.

 

Polis əməkşdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb.

 

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Tarix: 22 Mart 2023, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin