BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağcabədidə avtomobilin aşması ilə bağlı cinayət işi açıldı

Ağcabədidə avtomobilin aşması ilə bağlı cinayət işi açılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 22-si saat 02:30 radələrində Ağcabədi-Ağdam avtomobil yolunda qeydə alınıb.


Belə ki, Feziyev Yadigar Tofiq oğlu idarə etdiyi “VAZ 21074” markalı avtomobillə həmin yolda hərəkətdə olarkən maşının idarəetməsini itirib. Daha sonra nəqliyyat vasitəsi yolun sol tərəfində olan ağaclara çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.


Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.


Kamal Məmmədov 

Tarix: 22 Mart 2023, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin