BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb olundu - VİDEO

“Həmin şəxslə profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, şəxsin kimliyi müəyyən edilib və həmin şəxs məsuliyyətə cəlb olunub:

 

“Sosial şəbəkələrdə iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub. R.Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”.

 

***

13:17

 

Bu gün insanlığa sığmayan görüntülər BAKU.WS-in "qaynar xətti"nə göndərilib.

 

Göndərilən video Gəncə-Şəmkir yolunda çəkilib.

 

Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.

 

Həmin görüntüləri təqdim edirik:

 

Tarix: 22 Mart 2023, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin