BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş hakim: "Kriminal avtoritetin ölümündə günahlandırılan şəxsə bəraət verdim" - VİDEO

"Kriminal avtoritetin ölümündə günahlandırılan şəxsə bəraət verdim".

 

Pravda.az-ın xəbərinə görə, bunu İN Media yutub kanalına müsahibəsində sabiq prokuror və məhkəmə hakimi Mirzə Xankişiyev deyib.

 

O bildirib ki, Natiq adlı azərbaycanlı Rusiyada kriminal avtoritetin qətlində təqsirləndiirlib, bəraət alıb, daha sonra tutulacağından qorduğu üçün oradan qaçıb, ölkəmizə gəlib:

 

“Lakin o, Azərbaycanda həbs edilib, cinayət işi məhkəməyə göndərildi. Mənim sədrliyimlə iş araşdırıldı. Bir neçə aydan sonra Natiqə bəraət verdim və o, azadlığa buraxıldı. Bu, mənim məhkəmədə ilk bəraət işim oldu”.

 

Qeyd: Mirzə Xankişiyev 1991-1993-cü illərdə Sabirabad Rayon Prokurorluğunda baş müstəntiq, 1993-2004-cü illərdə Bakı Şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, prokuror-kriminalisti, 2004-2008-ci illərdə Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğunun prokuror-kriminalisti, 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi, 2011-2022-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb. O, hazırda Vəkillər Kollegiyasının üzvüdür.

 

Ətraflı İN Media yutub kanalında:

 

Tarix: 22 Mart 2023, 16:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin