BURADA REKLAMINIZ OLA
BİLƏR

Makron yenidən prezidentliyə namizəd olmaq niyyətində deyil

Fransa prezidenti Emmanuel Makron ölkənin pensiya sistemində islahatların fonunda bildirib ki, o, yenidən prezidentliyə namizəd olmağı planlaşdırmadığı üçün seçkilərdəki reytinqini ölkənin maraqları naminə qurban verməyə hazırdır.

 

O, bu barədə “TF1” və “France 2” telekanallarına müsahibəsində deyib.

 

“Mən yenidən seçilmək fikrində deyiləm, konstitusiyaya görə bunu edə bilmərəm. Ani ictimai rəy sorğuları ilə ölkənin maraqları arasında mən ikincini seçəcəyəm. Qeyri-populyarlıqla üzləşməli olsam, buna hazıram”.

 

Dövlət başçısı etiraf edib ki, “qanuni qəzəbi söndürməyə çalışmaq” onun öhdəliyindədir, lakin qəzəbin zorakılığa çevrilməməli olduğunu vurğulayıb və bunu qəbuledilməz adlandırıb./Report

Tarix: 22 Mart 2023, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin