BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yanğın olub, xəsarət alan var

Bakıda dördotaqlı evdə yanğın baş verib.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.


Bildirilib ki, Nizami rayonunda ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin bir otağında ev əşyaları 20 kv.m sahədə yanıb, yüksək temperaturdan tavan 20 kv.m sahədə qismən qarsalanıb. 


Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. 


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 22 Mart 2023, 22:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin