BURADA REKLAMINIZ OLA
BİLƏR

Ülviyyə: "Dilarə ərinin ölüm xəbərindən şokdadır"

"Hazırda Dilarə xanımın yanındayam. O, topuğundan zədə alıb".


Bu sözləri Əməkdar artist Ülviyyə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
 

Aktrisa bu gün axşam saat 18:00 radələrində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevi itirən Dilarənin şok vəziyyətdə olduğunu bildirib:


"Həkimlər Dilarənin sağlamlıq vəziyyətinin normal olduğunu bildirirlər. Lakin o, Oqtay müəllimin vəfatından şok keçirib. Heç nə danışa bilmir. Həkimlər ona sakitləşdirici iynələr vurublar. Onlar Dilarəni evə buraxmaq istəsələr də biz dedik ki, bir gün də xəstəxanada qalsın. Çünki evə getsə, Dilarənin vəziyyəti daha da pis olar. Belə olan halda isə üstünə təcili tibbi yardım gələr. Daha yaxşısı xəstəxanada qalmasıdır. İnanın ki, Dilarənin hazırda psixoloji vəziyyəti çox ağırdır".

Tarix: 22 Mart 2023, 22:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin