BURADA REKLAMINIZ OLA
BİLƏR

“Məclisdə məndən “dandirik” mahnı istəyirlər...“ - Brilliant

Xalq artisti Brilliant Dadaşova toylarda ifa etdiyi mahnılardan danışıb.

 

Pravda.az Olay-a istinadla xəbər verir ki, sənətçi istəyə uyğun olaraq hər musiqini oxumadığını söyləyib.

 

Bu barədə Dadaşova “Xəzər axşamı” verilişində qonaq olarkən deyib:

 

“Estrada musiqilərimizi qorumaq lazımdır. O musiqiləri böyük dühalar yazıb. Toyda öz mahnılarımdan oxuyuram, çalışıram ki, bəstəkar mahnılarımızı ifa edim.

 

Hansı məclisdə ki mənə gəlib “dandirik” mahnı istəyirlər, deyirəm ki, get evdə kaseti qoy, o mahnılarla özün üçün ürəyin istəyən qədər, doyunca oyna.

 

Mən o mahnıları oxumuram. Əvvəl deyirdilər ki, dostunu mənə göstər, deyim sən kimsən. İndi isə dinlədiyin musiqini mənə göstər, deyim sən kimsən”.

Tarix: 23 Mart 2023, 21:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin