BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur repçi ölümcül döyüldü - FOTO

Amerika repçi “Tekashi 6ix9ine” (Deniel Ernandes) Cənubi Floridada bir qrup şəxs tərəfindən ölümcül döyülüb.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı idman zalının hamam otağında baş verib.

 

26 yaşlı reperin vəkili bildirib ki, Denielə 4 nəfər hücum edib. Sənətçi özünü müdafiə etmək üçün geri çəkilməyə çalışsa da, cəhdi uğrusuz olub. Zərbələrdən onun bədənində və üzündə qançırlar əmələ gəlib.

 

İdman zalının əməkdaşları səsləri eşitdikdən sonra dərhal hadisə yerinə gəlsələr də, cinayətkarlar qaçıblar.

 

Cənubi Florida polisi repçini təcili yardımla yerli xəstəxanaya aparıb.

 

Qeyd edək ki, repçi 2019-cu ilin dekabrında quldur dəstəsi tərəfindən törədilmiş cinayət əməllərinə görə günahlandırılıb. 47 ilədək həbs cəzası alacağı gözlənilən musiqiçi 2 il müddətinə azadlıqdan məhrum olunmuşdu. “Tekashi 6ix9ine” 2020-ci ilin aprelində koronavirusa yoluxma təhlükəsi səbəbiylə vaxtından əvvəl həbsxanadan azad edilmişdi.

Fotoları təqdim edirik
Tarix: 23 Mart 2023, 22:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin