BURADA REKLAMINIZ OLA
BİLƏR

Parisdə iğtişaşlar: Polis dəyənəkləri işə saldı - VİDEO

Cümə axşamı Parisdə hökumətin pensiya islahatına etiraz olaraq nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

 

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

 

Bildirilir ki, etirazçılar Respublika meydanında polisi təhrik etməyə başlayıblar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə və fişəng atıblar.

 

Təhlükəsizlik qüvvələri buna dəyənəkləri və gözyaşardıcı qazla cavab veriblər. Radikal nümayişçilər zibil qutularını və velosipedləri yandırıblar. Sen-Martin bulvarında isə etirazçılar avtobus dayanacaqlarını və vitrinləri sındırıblar.

 

Tarix: 24 Mart 2023, 00:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin