BURADA REKLAMINIZ OLA
BİLƏR

İsveç parlamenti Ukraynaya tank və artilleriya qurğularının verilməsini təsdiqlədi

İsveç parlamenti (Riksdaq) hökumətə Ukraynaya yeni hərbi yardım paketini yollamağa icazə verib. Paketə məşhur “Archer” özüyeriyən artilleriya qurğuları da daxildir.

 

Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

 

Təxminən 630 milyon dollar dəyərində olan yeni yardım paketi İsveçin cari il üçün artıq təsdiqlənmiş büdcəsinə düzəlişlər edilib.

 

Bu paketin bir hissəsi kimi Ukrayna “Stridsvagn” tankları, “Archer” özüyeriyən artilleriya qurğuları, “MIM-23 Hawk" zenit-raket kompleksləri və sursatlar alacaq.

 

APA

Tarix: 24 Mart 2023, 00:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin