BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yük maşını minik avtomobilinin üzərinə aşdı

Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

 

Qəza Əmircan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, “KamAZ” markalı yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan yük maşını eyni istiqamətdə olan “Honda” markalı nəqliyyat vasitəsinin üzərinə aşıb. Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır./APA

Tarix: 24 Mart 2023, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin