BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağır yol qəzası ilə bağlı cinayət işi açıldı

Şamaxıda ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 23.03.2023-cü il tarixə saat 9 radələrində Şamaxı rayonu Quşçu kənd avtomobil yolunda Nəbiyev Elgün Pənah oğlunun idarət etdiyi "Mercedes 190" markalı avtomobillə hərəkətdə olan zaman qəflətən idarəetmənin itirilməsi nəticəsində maşın yolun kənarına çıxıb arxa düşüb.

 

Daha sora sürücü hərəkətini davam etdirib yola çıxıb. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişin Əliyev Arif Şamo oğlu aldığı ağır kəllə-beyin travması xəsarəti ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin o, xəstəxanada ölüb.

 

Faktla bağlı Şamaxı RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 24 Mart 2023, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin