BURADA REKLAMINIZ OLA
BİLƏR

Bərdədə avtomobilin vurduğu piyada bir gün sonra xəstəxanada öldü

Bərdədə yol qəzası baş verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Ərşadlı İsmayıl Müsləddin oğlu 22.03.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “Khazar SD” minik markalı avtomobillə Bərdə rayonunun Alpoud kəndindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən yolun 8-ci kilometrliyində öz hərəkət zolağında piyada Bərdə rayonu, Yeni Əyricə kənd sakini, 1997-ci il təvəllüdlü Əmirov İsrayıl Asif oğlunu vurub.

 

Nəticədə piyada aldığı bədən xəsarətlərindən 23.03.2023-cü il tarixdə Bərdə Müalicə və Diaqnostika Mərkəzində ölüb.

 

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq olunur.

 

Kamal Məmmədov

Tarix: 24 Mart 2023, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin