BURADA REKLAMINIZ OLA
BİLƏR

Şənbə günü hava necə olacaq?

Martın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 7-10° isti, gündüz 18-23° isti olacaq.

 

Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.

Tarix: 24 Mart 2023, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin