BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ramazanda qiymət artımı böyük günahdır” - Hacı Şahinin 2 il əvvəlki açıqlaması

“Həm ötən ilki Ramazan və Qurban bayramları ərəfəsində, eləcə də bu il Ramazan öncəsi xütbə və media vasitəsilə çıxışlarımda bir din xadimi olaraq sahibkarlara qiymətlərin qaldırılmamasıyla bağlı müraciətlərim olub”.

 

Pravda.az xəbər verir ki, bunu martın 2-də dünyasını dəyişmiş tanınmış ilahiyyatçı, din xadimi, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlini 2021-ci ildə Moderator.az-a açıqlamasında deyib.

 

İlahiyyatçı o vaxt qeyd edib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvalarında tövsiyələr edilib: "Elə indi də fürsətdən yararlanaraq bir daha demək istəyirəm ki, ümumiyyətlə bütün dövrlərdə, xüsusən də mənəvi aylar, müdəddəs dini və milli bayram günlərində, o cümlədən Ramazan dövründə, möminlərin oruc tutduğu günlərdə süni qiymət artımına getmək böyük bir günahdır. Bu, Allah qatında da günahdır, elə dünyəvi qanunlarla da qadağan olunan, məsuliyyət yaradan bir əməl sayılır. Ona görə də çalışmalıyıq ki, belə fürsətlərdən mənfi mənada yararlanmayaq. Çalışmalıyıq ki, insaflı olaq. Çünki “insaf dinin yarısıdır” deyiblər”.

Tarix: 24 Mart 2023, 16:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin