BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricə qaçan azərbaycanlı iş adamı həbs edildi - FOTO

Ukrayna Milli Təhlükəsizliyi Nazirli ölkə ərazisində əməliyyat keçirib.


Pravda.az xəbər verir ki, əməliyyat nəticəsində Azərbaycan hakimiyyəti  tərəfindən  beynəlxalq axtarışa verilmiş 51 yaşlı Maqsud Mahmudov saxlanılıb. Ukrayna Milli Təhlükəsizliyi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, M. Mahmudov ötən ilin noyabrından Ukraynaya gəlib və orada gizlənirmiş. Bu müddətdə o, taksi xidmətindən istifadə edərək mütəmadi telefon nömrəsini dəyişirmiş. O, da bildirilir ki, M. Mahmudov Ukraynada siyasi mühacir statusu almaq niyyətində imiş və bu səbəbdən də o Kiyevdə  kirayə tutduğu evdə qalırmış. Təhlükəsizlik orqanlarının əməkdaşları 51 yaşlı azərbaycanlını Kiyevin Qoloseyski rayonunda qaldığı mənzildə yaxalayıb.


Onun yaxın vaxtlarda Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.


M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə olub.


Qeyd edək ki, M. Mahmudov xaricdə Azərbaycan hakimiyyətinin əleyhinə təbliğat aparırdı.

Fotoları təqdim edirik
Tarix: 10 Aprel 2020, 22:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin